Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

“Pilotun səhvi deyil”


Hadisə qurbanlarının qalıqları Sankt Peterburqa gətirilir

Hadisə qurbanlarının qalıqları Sankt Peterburqa gətirilir

-

Misirdə qəzaya uğramış, 224 nəfərin ölümüyə sonuclanmış təyyarə qəzasına pilotun səhvi və ya texniki problemlər səbəb olmayıb. Bunu Rusiya aviasiya rəsmisi deyir. Hadisə qurbanlarnın meyitləri isə yaxınlarına çatdırılmaqdadır.

Kogalymavia şirkətinin direktor müavini Aleksandr Smirnov deyib ki, A321-200 aerobusu ancaq “texniki və ya fiziki hərəkət” nəticəsində qəzaya uğraya bilərdi. Onun sözlərinə görə, təyyarə “əla vəziyyətdə olub”.

Aerobus oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Şarm Əl-Şeyx kurortundan Sankt Peterburqa gedirmiş.

Reuters qara qutuda aşkarlananlara əsasən yazırdı ki, təyyarə bayırdan vurulmayıb və pilot həyəcan siqnalı verməyib.

Misirdə bir silahlı qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürsə də, Rusiya rəsmiləri bu iddianı təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG