Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:09

2015-ci ilin oktyabrında dənizlə Avropaya təxminən ötən ildəki qədər qaçqın keçib.

Bu barədə noyabrın 2-də BMT-nin qaçqınlar üzrə ali komisarlığı məlumat yayıb.

Qurumun nümayəndəsi Adrian Edwardsın sözlərinə görə təkcə oktyabrda Avropaya 218 mindən çox qaçqın gəlib.

Sentyabrda isə Aralıq dənizi ilə Avropaya 173 mindən çox qaçqın keçib.

Qaçqınların 53 faizi Suriyadandır.

Ondan sonra 18 faizlə Əfqanıstan qaçqınları gəlir.

Son bir ildə münaqişələrə görə Suriya, İraq və Əfqanıstandan Avropa Birliyi ölkələrinə 700 mindən çox qaçqın keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG