Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Türkiyədə nə başlayır: avtoritarizm, yoxsa sabit inkişaf?


Türkiyə prezidenti Recep Tayyip Erdogan (solda) İstanbulda öz tərəfdarları qarşısında, 2 noyabr 2015
Türkiyə prezidenti Recep Tayyip Erdogan (solda) İstanbulda öz tərəfdarları qarşısında, 2 noyabr 2015

Bakıda ehtimal edirlər ki, “Fethullah Gülen-in azərbaycanlı tərəfdarları” ilə bağlı siyahı gələ və ölkədə bəzi vəzifə sahibləri işlərini itirə bilərlər.


5 ay öncə koalision hökumət qurmaq istəməyən Türkiyə müxalifəti noyabrın 1-də keçirilən təkrar seçkilərdə uduzdu, AKP təkbaşına iqtidar oldu.

13 ildi Türkiyədə hakimiyyəti təkbaşına idarə edən hökumətin daha 4 il qazanması qonşu ölkəyə və Azərbaycanla münasibətlərə nə verəcək? Azərbaycanla strateji əlaqələri olan Türkiyənin özündə təkhakimiyyətlilik hansı nəticələr verə bilər?

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Türkiyə seçiciləri bu seçkidə sanki “AKP təkbaşına hökumət qursun, ya qurmasın” sualını cavablandırdılar,” - deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, qonşu ölkədə son 5 ayda olanlar seçicilərin rəyinə təsir edib:

“Bundan sonra nə baş verəcək? Təbii, prezident Erdoganın əli gücləndi, yəqin ki, Konstitusiya dəyişiklikləri gündəmə gələcək, prezident səlahiyyətlərinin artırılması istəniləcək. Əslində Recep Tayyib Erdogan bunu 7 iyun seçkisindən sonraya nəzərdə tuturdu, amma həmin seçkidə onun partiyası AKP səs yığa bilmədiyi üçün bu fikrini sonraya saxlamalı oldu”.

Buna da bax: Economist-dən Türkiyə seçicilərinə - Erdoganı töhmətləndirin

EKSPERTİN TÜRKİYƏ ÜÇÜN GÖZLƏDİKLƏRİ

Elxan Şahinoğlu hesab edir ki, PKK-ya qarşı əməliyyatlar davam edəcək:

“Ancaq yəqin PKK ilə təmaslar da başlanacaq ki, bu məsələni 4 ildə həll etmək mümkün olsun. Çünki Türkiyədə başqa bir təhlükə yetişib: özünü İslam Dövləti adlandıran yaraqlılar. Türkiyə 30 il PKK ilə döyüşdü, indi də İD təhlükəsi ilə üz-üzədir. Bundan başqa, yeni hökumət Fethullah Gülen tərəfdarlarını da küncə sıxışdırmağa çalışacaq”.

Müsahibimiz əlavə edir ki, təkbaşına hökumət qurulması iqtisadi inkişafa dəstək olacaq:

“Türk valyutası güclənəcək, ölkəyə xarici investisiya axını olacaq. Seçkinin nəticəsindən dərhal sonra birjalarda vəziyyət normallaşıb, yerli valyuta güclənib. AKP iri layihələri sona çatdırmağa çalışacaq.

Bunlardan biri elə Azərbaycanla bağlıdır, Bakı-Qars dəmiryolu istifadəyə veriləcək”.

Buna da bax: Erdoganın partiyası seçkini udub

BAKIYA YENİ "GÜLƏN SİYAHISI" GƏLƏ BİLƏR

Elxan Şahinoğlu deyir ki, yeni hökumət həm də ölkənin yaralı yerinə - işsizliyə diqqət etməli olacaq.

Azərbaycanla münasibətlərə gəlincə, ekspert hesab edir ki, rəsmi Bakı 13 ildir AKP hökuməti ilə işləməyə alışıb, əksinə, koalisiya hökuməti qurulsa idi, ortaya suallar çıxa bilərdi.

Elxan Şahinoğlu hesab edir ki, Bakıya “Fethullah Gülen-in azərbaycanlı tərəfdarları” ilə bağlı siyahı gələ bilər və ölkədə bəzi vəzifə sahiblərinin işdən uzaqlaşdırılmasını müşahidə edə bilərik.

Buna da bax: Nurçulara hökm oxundu

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

TÜRKİYƏDƏN ŞİŞİRTMƏ...

“Türkiyə Azərbaycanda Fethullah Gülen tərəfdarları olduğunu şişirdib”, - siyasi şərhçi Qulu Məhərrəmli belə hesab edir. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə arasında iqtisadi-siyasi əlaqələr sabit axarı ilə davam edəcək:

"Ancaq burda görünən-görünməyən tərəflər də var. Elə sahələr var ki, hər iki ölkənin marağı üst-üstə düşür, ancaq getdikcə iki ölkə arasında ümumi ticarət dövriyyəsi azalır. Türk iş adamları əvvəlki kimi Azərbaycanda uğurla işləyə bilmirlər. Bəzi sahələrdə biznesə məhdudiyyətlər ortaya çıxır, bu da hər iki ölkənin daxili məsələlərindən qaynaqlanır”.

Bununla belə, Qulu Məhərrəmli hesab edir ki, strateji əməkdaşlığa baxmayaraq, iki ölkə arasında təhlükəsizlik sahəsində problemlər də ortaya çıxa bilər.

Buna da bax: Türkiyə hökuməti internetə total nəzarətə can atırur

TÜRKİYƏ AVTORİTARLAŞIR

Yeni-köhnə hökumətin Türkiyədə oynayacağı rola gəlincə, siyasi şərhçinin qənaəti belədir:

“Türkiyədə bir çoxları ölkədə təkbaşına hökumət qurulacağından sevinirlər. Mənə elə gəlir ki, bundan çox vəcdə gəlməyə ehtiyac yoxdur. Çünki son proseslər göstərir ki, Erdogan əməlli-başlı siyasi jonqlyorluq edir, ictimai rəyə təsir etmək üçün bütün vasitələrdən yararlanır. Bunun nəticəsidir ki, siyasi fəallığın aşağı olduğu yerlərdə yüksək faizlə səs alıb”.

Qulu Məhərrəmli hesab edir ki, AKP hakimiyyətinin ömrünün uzun olmasının faydasından çox zərəri olacaq:

“Türkiyə birmənalı şəkildə avtoritarlığa doğru gedir. Erdogan-ın hakimiyyətinin ilk illərində başladığı siyasət yeriyəcək, mətbuat azadlığına, insan haqların, siyasi partiyalara təzyiqlər artacaq.

Ən ciddi məsələ ölkənin siyasi quruluşu ilə bağlıdır, ölkə parlament respublikasından prezident ölkəsinə çevriləcək və bu da ölkədə avtoritarizmi gücləndirəcək. Bu isə Atatürkün qoyduğu prinsiplərə ziddir, ancaq Erdogan addım-addım buna doğru gedir”.

TÜRKİYƏDƏN SEÇKİ TƏRİFNAMƏLƏRİ

Türkiyə qəzetləri də 2 noyabr saylarında parlament seçkisinin nəticələrini təhlil ediblər. Məsələn, Erdogan ailəsinə məxsus “Sabah” qəzetinin köşə yazarı Hilal Kaplan yazır ki, Türkiyənin Pensilvaniyadan, Vaşinqtondan və ya Təl-Avivdən yox, “sadəcə və sadəcə Ankaradan idarə olunması iradəsi qazandı”.

Müəllif yazır ki, xalq AKP-yə səs verməklə yeni bir Konstitusiya islahatını dəstəklədi, “savaşa yox, qardaşlığa hə” dedi. Hilal Kaplan hesab edir ki, xalq koalision hökumətdən çox güclü hökumət arzusuna səs verib və buna nail olub.

BİR ADAMIN HAKİMİYYƏTİ QURULUR?

“Hürriyyət”in köşə yazarı Mehmet Yılmaz isə hesab edir ki, seçkinin belə bir nəticəsi ölkənin bir adam tərəfindən idarə olunmasına şərait yaratdı:

“Artıq önümüzdəki dörd il üçün demokratiya, barış, bir-birinə hörmət edərək birgə yaşamaq kimi problemlərimiz olacaq”, deyə o, yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG