Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:52

Azərbaycan prezidenti İlham Əliyev “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Bu barədə Prezident.az saytında məlumat yerləşdirilib.

Dəyişikliklərə əsasən şərti məhkumluq istisna olmaqla, cinayət törətmiş yetkinlik yaşına çatmayanların cəzası azaldılır və müəyyən müddət keçdikdə məhkumluq bitmiş hesab edilir:

Həbsdən daha yüngül cəzanın çəkilib qurtardığı gündən 6 ay;

Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə həbs cəzasının çəkilib qurtardığı gündən 1 il;

Ağır və ya xüsusilə ağır cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən 3 il keçdikdə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG