Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:14

Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldo “böyük beşlik” ölkələri futbol çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında ilk üçlüyə düşüb.

Qol.Az-ın məlumatına görə, noyabrın 3-də La Liqada “Las Palmas”la oyunda (3:1) Ronaldo qollardan birinə imza atmaqla “böyük beşlik” ölkələri liqalarındakı qollarının sayını 317-yə çatdırıb.

Cristiano bu qollardan 233-nü İspaniya, 84-nü isə İngiltərə çempionatında vurub.

Siyahıya XIX-cu əsrin sonu-XX əsrin əvvəllərində 366 qol vuran Cimmi Grivz başçılıq edir, ikinci yerdə isə almaniyalı Herd Müller gəlir.

Argentinalı Lionel Messi isə 288 qolla yeddincidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG