Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:23

28 müşahidəçi 5 500 seçki məntəqəsində baş verənləri necə gördü?


Bakıda seçki məntəqələrindən birində səslər sayılır.
Bakıda seçki məntəqələrindən birində səslər sayılır.

AŞPA Seçki Müşahidə Missiyası adından 1 noyabr seçkisinə verilən ilkin qiymət fikir ayrılıqları yaradıb.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

EKSPERT: SİYASİ BAXIŞLARINI YAZIBLAR

“28 adamla müşahidə aparıb seçki barədə rəy vermək qeyri-ciddidir”. Bunu hüquqşünas Ələsgər Məmmədli AŞPA-nın 1 noyabr parlament seçkisi ilə bağlı rəyini AzadlıqRadosuna dəyərləndirərkən deyib. Onun sözlərinə görə, AŞPA-nın bəyanatı yalnız siyasi mülahizədir:

“Bu rəydə təbliğat-təşviqat prosesi barədə, mətbuatın prosesdən uzaqlaşdırıldığı, seçkinin alternativ mühitdə keçməsi ilə bağlı vəziyyət haqda məlumat yoxdur”.

Ələsgər Məmmədli hesab edir ki, seçkini müşahidə ATƏT-in öhdəliyidir:

“ATƏT də bəri başdan seçki ilə bağlı açıq mövqe qoyub. Ona görə də mən inanmıram ki, AŞPA-nın adından verilən bu bəyanat gerçəkliyi əks etdirsin. Burdakı ifadələr ümumi və daha çox siyasi mülahizə xarakteri daşıyır.

28 adam 5500 seçki məntəqəsindəki vəziyyəti necə obyektiv qiymətləndirə bilərdi? Reallıqda isə seçki alternativsiz mühitdə keçirilib: alternativ müşahidəçilik olmayıb, alternativ siyasi güclər seçkidə iştirak etməyib. Buna baxmayaraq, sosial şəbəkələrdə “karusel” olduğunu göstərən, kütləvi pozuntularla bağlı video görüntülər, məlumatlar yayıldı. Bütün bunların müqabilində demək ki, heç bir pozuntu qeydə alınmayıb, düşünürəm ki, seçkiyə ironik yanaşmadır”.

Rasim Musabəyov
Rasim Musabəyov

DEPUTAT: GÖRDÜKLƏRİNİ YAZIBLAR

Yeni parlamentdə də təmsil olunan politoloq Rasim Musabəyov seçki günü yalnız öz seçki dairəsi ilə məşğul olduğundan digər dairələrdə səsvermənin necə keçdiyini bilmədiyini söyləyir. Ancaq hesab edir ki, AŞPA deputatları seçkiyə müsbət rəy veribsə, demək ki, söykəndikləri əsaslar var:

“Düşünürəm ki, vəziyyəti kifayət qədər real əks etdirən bəyanatdır. Əgər ATƏT müşahidə etməyibsə, onların deməyə sözü olmamalıdır. AŞPA deputatları seçkini müşahidə edib, gözləri ilə gördüklərini deyiblər. Fikrimcə, gözüylə görənin sözündə daha çox həqiqət var, nəinki görməyə-görməyə nəyisə inkar etməkdə”.

AŞPA-nın bu seçkini müşahidə edən missiyasının 3 üzvü noyabrın 2-də ayrıca bəyanat yayaraq seçkidə ciddi qanun pozuntularını olduğunu, onların prosesi müşahidə etməsinin seçkiyə ümumi legitimlik verə bilməyəcəyini qeyd ediblər. Onların qeyd etdikləri məqamlar barədə ətraflı BURADA OXU.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG