Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:19

-

NİDA Vətəndaş Hərəkatı 2015-ci il noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı rəy yayıb.

Rəydə parlament seçkilərinin azad və ədalətli olmadığı, seçki komissiyalarının namizədlərin qeydiyyat mərhələsində çoxsaylı pozuntulara yol verdikləri, namizədlərin bərabərhüquqlu seçki kampaniyası aparmaq imkanının pulsuz efir vaxtının verilməməsi ilə daha da məhdudlaşdırıldığı və seçki günü total saxtakarlıqlara yol verildiyi bildirilir.

Təşkilat əlavə edir ki, seçkiqabağı mühitin pisləşdiyi və kampaniyaların total repressiyalar fonunda keçirildiyi bildirilir:

"Ölkədə mətbuat azadlığının mütəmadi pozulması ölkədə problem olaraq qalır və Azərbaycanda mövcud olan bütün müstəqil və müxalif media qurumları daim təzyiq altında fəaliyyət göstərirlər".

Mərkəzi Seçki Komissiyası seçkilərdə seçicilərin 55.7%-nin iştirak etdiyini elan edib, amma real iştirakla bağlı əldə etdiyimiz rəqəmlər MSK-nın göstərdiyindən 35-40% aşağıdır və bu seçki günü baş verən saxtakarlığının miqyasını sübut edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG