Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:23

Avropa Birliyi inanır ki, Ermənistanla yeni siyasi və iqtisadi razılaşma 3-cü qüvvələr tərəfindən pozulmayacaq”.

Bunu AzadlıqRadisunun erməni xidmətinə Avropa BirliyininYerevanda səfərdə olan nümayəndə heyətinin rəhbəri Pertr Svitalski (Piotr Switalski) deyib.

Avropa Birliyi ötən ay Avropa Komissiyasına Ermənistanla yeni hüquqi münasibətlər əsasında danışıqlara başlamaq mandatı verib.

Bu çərçivə sənədi Yerevanla Brüsselin paraflamadığı asosasiya razılaşmasını əvəz eləməlidir.

Ermənistan prezidenti Serz Sargisyan 2013-cü ilin sentyabrında bəyan elədi ki, Ermənistanın Avrasiya ittifaqına qoşulmaq qərarı özlüyündə Avropa Birliyi ilə asosasiya razılaşmasının pozulması deməkdir.

Analitiklər həmin vaxt hesab elədilər ki, bu kəskin dəyişikliyə Moskvanın güclü təzyiqi səbəb oldu.

Amma rəsmi Yerevan bunu inkar edir.

Yerevanla Brüssel bundan bir qədər sonra Avrasiya ittifaqına zidd olmayan daha az ambisiyalı razılaşma ilə bağlı danışıqların mümkünlüyünə baxdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG