Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16

Azərbaycan prezidenti İlham Əliyev “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Bu barədə Prezident.az saytını məlumat yayıb.

Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 265-1-ci maddə əlavə olunub:

1.1. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılması, yaxud sürücülərin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -iki ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan altı min manatadək cərimə və ya iki ilədək həbslə cəzalandırılır.

1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda -

üç ilədək mmüəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək həbslə cəzalandırılır.

1.3. Bu Məcəllənin 265-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -

üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək həbslə cəzalandırılır.

Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.

Günün bütün mövzuları

XS
SM
MD
LG