Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

-

Dövlət Neft Fondu (ARDNF) valyuta satışını dayandırması barədə mediada yayılan xəbərlərə açıqlıq gətirib. Fonddan verilən məlumatda bildirilir ki, ARDNF valyuta satışını Maliyyə Nazirliyinin təqdim etdiyi qrafikə uyğun həyata keçirir:

«ARDNF-nin öhdəliklərindən biri də dövlət büdcəsinə illik əsasda ödənilməli transfertlərin vaxtlı-vaxtında və düzgün həyata keçirilməsidir. Bildiyiniz kimi, ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil, bütün daxilolmaları xarici valyutalarda, o cümlədən ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına (AZN) mübadilə edilməsi zərurəti yaranır».

ARDNF valyuta əməliyyatlarını ölkənin ən nüfuzlu bankları ilə apardığını və Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi qrafik əsasında gerçəkləşdirdiyini bildirir və yaydığı məlumatı belə bitirir: «Nəzərinizə çatdırmaq istərdik ki, bütün əməliyyatlar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hər gün üçün müəyyən edilən rəsmi məzənnə əsasında baş tutur».

Günün bütün mövzuları

XS
SM
MD
LG