Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:44

ABŞ Dövlət katibi John Kerrynin Orta Asiya ölkələrinə səfəri davam edir.

Dövlət katibi Noyabrın 2-də Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Prezident aparatının məlumatına görə, bağlı qapılar arxasında keçirilən görüşdə iqtisadi əlaqələr və digər məsələlər müzakirə olunub.

Kerry bundan əvvəl Qırğızıstan və Özbəkistanda olub.

Dövlət katibi noyabrın 1-də həmçinin Özbəkistanın Səmərqənd şəhərində 5 orta aşıya ölkəsinin xarici işlər nazirləri ilə görüşüb.

Görüşdə qəbul edilmiş birgə sənəddə bu ölkələrin əməkdaşlığı genişləndirməsi və terrorçuluq kimi təhlükələrə qarşısı birgə mübarizə nəzərdə tutulur.

Kerry səfər çərçivəsində Türkmənistan və Tacikistana da baş çəkəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG