Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:10

Evlərə istilik daha tez verilə bilər


İstilik.
İstilik.

-

Havaların normadan soyuq olması ilə əlaqədar istilik sistemləri vaxtından öncə işə salına bilər.

Bu barədə «Azəristiliktəchizat» ASC-nin abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev ANS-ə məlumat verib.

Onun dediyinə görə, Azərbaycanda istilik mövsümü ənənəvi olaraq noyabrın 15-də başlayır. Ancaq havalar kəskin soyuyarsa, yəni, 5 gün ard-arda temperatur 8 dərəcədən aşağı olarsa, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına uyğun olaraq qış mövsümünə daha da tez başlanıla bilər.

Qurum rəsmisi qeyd edib ki, ötən il də havalar tez soyuduğundan evlərdə istilik sistemi tez işə salınmışdı.

İstiliyə görə qiymət artımı məsələsinə gəldikdə isə, o, hələlik bunun gündəmdə olmadığını və heç bir dəyişiklik gözlənilmədiyini deyib.

XS
SM
MD
LG