Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

-

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Milli Məclisə seçkilərdə 125 yerin 71-ini Yeni Azərbaycan Partiyasından (YAP) olan namizədlər qazanıb.

39 nəfər bitərəf namizəd seçkidə qalib olub. Parlamentə düşən partiyalar arasında BAXCP, ADİSP, BQP,MDHP, VHP, ASRP, Vəhdət, VBP, ADMP-nin namizədləri var.

«Azadlıq 2015» blokundan olan namizədlərin heç biri ilkin nəticələrə dair siyahıda yoxdur.

Qalib namizədlərin böyük əksəriyyəti bundan öncəki dönəmdə deputat olmuş şəxslərdir. Yeni adlar sırasında isə Mətbuat Şurasının sədri Əflatun Amaşov, əməkdar rəssam Ülviyyə Həmzəyeva, «Kaspian Konsaltinq» şirkətinin hüquqşünası Elşad Həsənovu qeyd etmək olar.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib. Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 namizəd, 22 partiya mübarizə aparıb.

Mediada, sosial şəbəkələrdə seçki pozuntularını əks etdirən videolar yayılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG