Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:46

Rusiya sərnişin təyyarəsinin Misirdə qəzaya düşməsinin səbəbini “Qara qutu” oxunmayıca müəyyən eləmək mümkün olmayacaq.

Misirin baş naziri Sherif İsmayılın sözlərinə görə, təyyarə elə hündürlükdən uçub ki, texniki baxımdan onu vurmaq mümkün deyil və bütün ehtimallara görə, qəzanın səbəb xarici faktor ola bilməz.

Qəzanın səbəbini araşdırmaq üçün beynəlxalq istintaq qrupu da yaradılıb.

Qrupa Fransa, Almaniya və Airbus şirkətinin mütəxəssisləri daxildir.

Bundan başqa Rusiya və Misir “Qara qutu”nu araşdırırlar.

Oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğramış təyyarədə 224 nəfər həlak olub. Onların əksəriyyəti rusiyalılardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG