Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:52

ABŞ Dövlət katibi John Kerry bildirib ki, Orta Asiya ölkələrinin demokratiya sahəsində uğur regionun təhlükəsizliyi və sabitliyini gücləndirəcək.

O bunu noyabrın 1-də Səmərqənddə Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirləri ilə görüşdə deyib.

Görüşdə qəbul edilən sənəddə Əfqanıstana dəstəyin davam etdiriləcəyi bildirilir və qeyd edilir ki,

Müstəqil dinc dövlətin inkişafı regionun təhlükəsialiyi və sabitliyi üçün çox vacibdir.

Sənəddə həmçinin bu ölkələrin əməkdaşlığı genişləndirmək və terrorçuluq kimi təhlükələrə qarşı mübarizə aparmaq fikrində olduqları bildirilir.

Kerri Özbəkistan prezidenti İslam Kerimovla görüşdə insan haqlarının vəziyyəti ilə bağlı elə bir açıq bəyanat verməyib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları bundan əvvəl Kerryni Orta Asiya ölkələrinə səfər zamanı bu barədə məsələ qaldırmağa çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG