Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

-

Azərbaycan Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin bacısı oğlu həbs olunmayıb.

Bunu Baş Prokurorluq yaydığı açıqlamada bildirib.

Açıqlamada deyilir ki, Azad Mursalıyev Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı cinayət işinin istintaqına cəlb olunub:

«A.Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub».

Prokurorluq bildirir ki, barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də dövlət sərhədini «Şıxlı» Sərhəd Nəzarət Məntəqəsi vasitəsilə keçmək istəyib və bu zaman saxlanıb: «Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb».

Mahir Abdullayev bir neçə il əvvəl naməlum şəkildə yoxa çıxıb. Elşad Abdullayev qardaşının itkin düşməsində hüquq-mühafizə orqanlarını günahkar bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG