Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

Kerry Özbəkistandadır


John Kerry Bişkəkdə tədbirdə, 31 oktyabr, 2015-ci il

John Kerry Bişkəkdə tədbirdə, 31 oktyabr, 2015-ci il

-

ABŞ-ın Dövlət katibi John Kerry noyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində beş Orta Asiya ölkəsinin rəsmiləri ilə görüşür.

Kerry birinci dəfədir Orta Asiyaya səfər edir.

Birləşmiş Ştatlar regiondakı avtoritar hökumətləri demokratiyanı gücləndirməyə, insan haqlarına hörmət qoymağa çağırır. ABŞ ümid edir ki, bu tədbirlər regionda ekstremizmin azalmasına gətirər.

Kerry-ni Səmərqənd aeroportunda Özbəkistan prezidenti Islam Karimov qarşılayıb. Karimov 1991-ci ildən hakimiyyətdədir.

Kerry oktyabrın 31-də Qırğızıstanda olub. Dövlət katibi daha öncə bildirmişdi ki, onu qarşılayan ev sahiblərini tənqid etməkdən çəkinməyəcək.

Ancaq Kerry onu da deyib ki, Vaşinqton region dövlətləri ilə münasibətlərini saxlamağa və inkişaf etdirməyə hazırdır.

Rusiya və Çin də Orta Asiyada nüfuzunu saxlamağa çalışır.

XS
SM
MD
LG