Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:03

-

Somalidə rəsmilər bildirir ki, islamçı ekstremistlər otelə hücum edib, yeddi nəfər öldürülüb.

Al-Qaeda-ya bağlı Al-Shabaab qrupu Sahafi otelinə hücuma görə məsuliyyəti üzərinə götürüb.

The Associated Press agentliyi polisə istinadla yazır ki, intiharçı otelin darvazası ağzında partlayıcılarla dolu maşını partladıb. Daha sonra bir silahlı oteldəkilərə atəş açıb.

Polis kapitanı Mohamed Hussein azı 9 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirir.

Frans Pres isə başqa bir polis rəsmisinə istinadla 12 nəfərin öldüyünü yazır.

Sahafi otelində parlament üzvləri, hökumət işçiləri, biznesmenlər qalır.

Al-Shabaab Somalidə BMT-nin dəstəklədiyi hökumətə qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG