Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

-

Ukraynada bu ayın əvvəlində Kiyev meri postu uğrunda mübarizə aparmış Hennadiy Korban həbs olunub.

UKROP partiyasının rəhbəri olan Korban həm də Dnepropetrovskun keçmiş qubernatoru, oliqarx Ihor Kolomoisky yaxın dostudur. Rəsmilərin onun mütəşəkkil cinayətkar qrupda iştirak ittihamıyla oktyabrın 31-də saxlandığını deyirlər.

UKROP bəyanat yayaraq bu həbsin və partiyanın ofisində axtarış aparılmasını “siyasi repressiya” adlandırıb.

Korban 2014-15-ci illərdə Dnepropetrovskda qubernator müavini işləyəndə bir neçə adamoğurluğunda ittiham olunur. O, həmçinin əsgərlər üçün nəzərdə tutulmuş 1.7 milyon dollarlıq vəsaitin oğurlanmasında təqsirli bilinir.

500-dək təhlükəsizlik işçisinin qatıldığı əməliyyatda daha bir neçə nəfər həbs olunub.

Kolomoisky Ukraynanın ikinci ən varlı adamıdır. O, qısa müddət ərzində Dnepropetrovskun qubernatoru olub, regionda separatçı əhvalın qarşısını ala bilib.

Ancaq prezident Petro Poroshenko 2014-cü ildə onu işdən çıxarıb, Kolomoisky-ni özəl silahlı dəstə yaratmaqda, dövlətə bağlı neft şirkətini ələ keçirmək cəhdində ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG