Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:17

- Türkiyədə Güney Azərbaycan mövzusunda yeni kitab nəşr edilib. “Doğu Kütüphanesi – İstanbul” nəşriyyatında çıxan “İranda Türk Milliyətçiliyi mövqeyi - Traxtor Üsyanı” adlı kitabın müəllifi İbrahım Ramazani, nəşrə hazırlayan Ramin Cabbarlıdır.

Kitabın birinci fəslində milli kimlik, millətçilik, assimilyasiya və idman məsələlərinə funksionalist, interaksionist, konflikt, kritisizm və feminist perspektivlərdən yanaşılır.

İkinci fəslində İran, İranda türklər, türklərin assimilyasiya edilməsi siyasətinə qarşı reaksiyalar haqda söz açılır.

Üçüncü fəsildə Xiyabani üsyanı, 1945-ci ilin Milli Hökuməti, 1979-cu ilin Şəriatmədari, 1996-cı ilin Çehreqani seçkiləri, 2000-ci ilin Babək Qalası hadisələri, 2006-cı ilin karikatura hadisələri, Traxtor Futbol Komandasından bəhs olunur.

Dördüncü fəsildə Güney Azərbaycan Milli Hərəkatı və Traxtor, furbol, kimlik və milliyyətçilik, tərəfdar kimliyi, Güney Azərbaycanda futbol və tərəfdarlıq, beşinci fəsildə isə iştirakçılar haqda məlumatlar, kimlik və milliyyətçilik haqda analitik təhlil aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG