Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

-

Çin, Yaponiya və Cənubi Koerya liderləri Seulda üçtərəfli sammit keçirir. Bu, üç ölkənin 3 ildən bəri ilk danışıqlarıdır.

Sammit noyabrın 1-də baş tutur. Regionda ərazi məsələləri, resurslar, 2-ci Dünya Müharibəsi dövründə törədilmiş cinayətlərə görə məsuliyyət məsələləri üzrə gərginlik yaşanır.

Çinin baş naziri Li Keqiang oktyabrın 31-də Seula çatıb, ölkə prezidenti Park Geun Hye ilə ikitərəfli görüş keçirib.

Yaponiya baş naziri Shinzo Abe də danışıqlara qoşulacaq. Abe 2012-ci ildə vəzifəyə gələndən Yaponiya ilə digər ölkələrin münasibətləri gərginləşib. Çin və Koreyada düşünürlər ki, o, Yaponiyanın müharibə zamanı və ondan əvvəl Koreya və Çini işğal edərkən törətdiyi dəhşətlərin miqyasını kiçiltməyə çalışır .

Günün bütün mövzuları

XS
SM
MD
LG