Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:54

M.Pənahov seçkilərin başladığını elan etdi


Məzahir Pənahov
Məzahir Pənahov

-

Bu dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. M.Pənahov seçkilərin şəffaf və rəvan keçirilməsi üçün ictimai siyasi şəraitin çox normal olduğunu bildirib. O bunun üçün ölkə başçısına təşəkkürünü çatdırıb.

***

MSK sədri Məzahir Pənahov ümid etdiyini bildirib ki, bu seçkilərdə seçicilər fəal olacaq. O həmçinin deyib ki, komissiya üzvləri səsvermənin Seçki Məcəlləsinə uyğun keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər:

«Biz bütün məntəqələri lazım olan avadanlıqla təmin etmişik. Bu seçkilərdə bütün seçki subyektləri üçün əlverişli şərait yaradılıb. O cümlədən müşahidəçilər üçün. Müşahidəçilərin işinə heç bir müdaxilə olmamalıdır. Eyni zamanda müşahidəçilər də seçki komissiyalarının işinə qarışmamalıdırlar».

***

Məzahir Pənahov deyib ki, seçkinin bütün mərhələləri şəffaf aparılacaq. O, jurnalistlərə də üz tutub. Deyib ki, qanun pozuntuları baş verəcəksə, bu barədə açıqca məlumatlar versinlər.

Məzahir Pənahov qeyd edib ki, MSK işçiləri sosial şəbəkələri də izləyəcəklər:
«Mən sosial şəbəkə istifadəçilərini daha diqqətli olmağa çağırıram».
MSK sədri əlavə edib ki, 2 gün ərzində seçkinin ilkin nəticələri açıqlanacaq.

XS
SM
MD
LG