Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:12

Türkiyədə seçkilər keçirilir


Kürdlər yaşayan Diyarbakirdə gülləbaran edilmiş ev, 30 oktyabr, 2015-ci il

Kürdlər yaşayan Diyarbakirdə gülləbaran edilmiş ev, 30 oktyabr, 2015-ci il

-

Noyabrın 1-də Türkiyədə son 5 ayda ikinci parlament seçkiləri keçirilir. Bu seçki Türkiyə üçün çox mühüm sayılır. Belə ki, ölkədə təhlükəsizlik problemləri var, iqtisadiyyat axsayır, siyasi, təriqət və etnik parçalanmalar dərinləşir.

İyunun 7-də keçirilən seçkidə hakim Ədalət və İnkişaf Partiyası (AKP) çoxluğu qazana bilmədi və daha sonra koalisiya formalaşdırmaq alınmadı. Prezident Recep Tayyip Erdogan konstitusiya islahatları vasitəsilə səlahiyyətlərini genişləndirmək istəyirdi.

Rəy sorğuları bu seçkinin oxşar nəticə verəcəyini, AKP-nin çoxluğu əldə edə bilməyəcəyini, Cümhuriyyət Xalq Partiyası ilə hakimiyyəti paylaşmalı olacağını göstərir.

Bu ilin əvvəlində Türkiyənin cənubşərqində PKK ilə gərginlik artıb. Oktyabrın 10-da isə Ankarada törədilmiş intiharçı hücumlarında 100-dən çox ölən olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG