Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:31

- Roma Papası Francis'in papalıq dövründə ilk kitabı nəşr olunacaq.

266-cı Papanın "Tanrının adı Mərhəmətdir: Andrea Tornielli ilə söhbətlər" kitabını italyan dilində "Piemme", ingilis dilində "Bluebird" nəşriyyatı yanvarda çap edəcək. Kitabın başqa dillərdə - 13 ölkədə nəşrləri də 2016-cı ilin yanvarına nəzərdə tutulub. 12 yanvar kitabın dünyaya rəsmi təqdimat günü olacaq.

Papa kitabı Vatikan üzrə mütəxəssis, jurnalist Andrea Tornielli ilə müsahibələr formatında qələmə alıb. A.Tornielli Papanın 2013-cü ildə nəşr olunmuş bioqrafiyasının müəllifidir.

Kitabda Papanın öz sözlərilə deyilsə, "planetdəki hər kəsə ünvanlanan dərin, sadə və səmimi dialoqlar", Papanın keşiş kimi həyat təcrübəsi haqda söhbətlər yer alıb.

Papa kitabının çıxacağı 2016-cı ili də mərhəmət ili elan edib, mərhəmətin bir Papa kimi onun təliminin əsasında dayandığını deyib.

Naşir bu kitabın milyonlarla nüsxə satılacağına əmindir, o deyib ki, Papa Francis bütün inanclı və inancsız insanların ilham aldığı şəxsiyyətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG