Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:52

-

56 yaşlı Lanfranco Cirillo «Putin-in arxitektoru» ləqəbini Rusiya prezidenti üçün tikildiyi güman olunan nəhəng sarayı layihələndirdikdən sonra alıb. Bu yaxınlarda o, Putin-in sərəncamı ilə Rusiya vətəndaşlığı da alıb.

Dəbdəbəli saray Qara dəniz sahilindəki Gələncik şəhərində çox məxfi şəkildə tikilib. Rusiya müxalifəti bu dəbdəbəli sarayı dövlət səviyyəsində korrupsiyanın simvolu adlandırır. Bu saraya qədər Cirillo-nu Rusiyada hətta arxitektorlar arasında belə tanıyan yox idi. Özünün dediyinə görə, 90-cı illərin əvvəllərində o, adını çəkmədiyi bir nəfər vasitəsilə «Lukoil»un prezidenti Vahid Ələkbərovla tanış olub. Həm onun özünün, həm də müavinlərinin şəxsi evlərinin layihələrini tərtib edib. 1995-ci ildə Arbatda özünün şəxsi arxitektura bürosunu açıb. Dediyinə görə, indiyədək 43 rusiyalı milyarderin evini layihələndirib. Bu layihələrin arasında çox bayağı olanlar da olub. Məsələn, neft şirkətinin meneceri işləyən bir qadın qonaqları ilə söhbət edə-edə üzə bilməsi üçün qonaq otağından şəffaf şüşələrlə ayrılan hovuz sifariş edibmiş.

CIRILLO NECƏ TANINDI

İşadamı Sergei Kolesnikov 2010-cu ildə ovaxtkı prezident Dmitry Medvedev-ə açıq məktubunda Gələncikdə tikilən nəhəng saray barədə məlumat verməsəydi, geniş ictimaiyyət Cirillo-nu heç tanımayacaqdı da. Həmin məktubda bildirilirdi ki, Putin-in dostları Nikolai Shamalov və Dmitry Gorelov-un nəzarət etdikləri, Belizdə qeydiyyatdan keçmiş «Lanaval» firması vasitəsilə milyonlarla dollar vəsait qanunsuz xaricə çıxarılıb. Lanfranco Cirillo adlı şəxsə məxsus «Medea Investment» şirkətinə isəazı 48 milyon köçürülüb. «Reuters» agentliyinin araşdırması nəticəsində bəlli olub ki, bu pullar Putin-in sarayına materiallar almaq üçün xərclənib.

Putin-in sarayı.

Putin-in sarayı.

S.Kolesnikov AzadlıqRadiosuna ötən ilki müsahibəsində bildirmişdi ki, vaxtilə biznesmen Aleksandr Ponomarenko-nun almış olduğu Gələncik sarayı indi bir Kipr şirkətinə məxsusdur. Bu şirkət isə öz növbəsində Vircin adalarında qeydiyyatdan keçmiş başqa bir ofşor kompaniyaya məxsusdur. «Ona görə də sarayın həqiqi sahibinin kim olduğunu heç kəs bilmir», -- Kolesnikov deyib.

NAVALNY CIRILLO-NUN VİLLASINI ÜZƏ ÇIXARIB

İctimai fəal Aleksei Navalny Cirillo-nun özünün də Gələncikdə villası olduğunu üzə çıxarıb. Onun villa qonşusu isə sənədlərdə adı «Putin sarayı»nın əsas sifarişçisi kimi hallanan Federal Təhlükəsizlik Xidmətinin keçmiş yüksəkrütbəli əməkdaşı Oleg Kuznetsov-un xanımıdır.

Bir müddət əvvəl Qərb və Rusiya mediasında Cirillo, Kuznetsov, Gorelov (Amerikada onu «Rusiyanın yüksəkrütbəli dövlət məmurlarının şəxsi bankiri» adlandırırlar) və Shamalov-un (Avropa İttifaqının sanksiyasına tuş gəlmiş «Ozero» kooperativinin həmtəsisçisi, digər təsisçisi isə Putin-dir) danışıqlarının stenoqramı yayılmışdı. Söhbətin bir yerində Cirillo 2çirkli pullar»ın Amerikaya köçürülməsində problem yaranıb-yaranmayacağını soruşur. «Çirkli pul» dedikdə, konkret hansı vəsaitin nəzərdə tutulduğu söhbətdən anlaşılmır.

L.Cirillo-nun növbəti hədəfi Dövlət Dumasının yeni nəhəng binasını layihələndirməkdir.

L.Cirillo-nun növbəti hədəfi Dövlət Dumasının yeni nəhəng binasını layihələndirməkdir.

«KASIB» ARXİTEKTORUN 1.5 MİLYARDLIQ ARZUSU

Cirillo-nun Venesiyada təhsil aldığı universitetin diplomu Rusiyada tanınmadığından onun layihələrinə formal olaraq başqa imza qoyulur. Özü isə «BIA» imzasını qoyur. Dediyinə görə, bu, «kasıb italyan arxitektoru» anlamına gəlir. Hərçənd o, heç də kasıb sayıla bilməz. Ona məxsus «Stroyqazkomplekt» firmasının azı 200 işçisi, 600 subpodratçısı və arxitektoru var. Ofisi isə düz Kremlin yanındadır.

Cirillo-nun növbəti hədəfi Dövlət Dumasının yeni nəhəng binasını layihələndirməkdir. 1.5 milyard dollar məbləğində qiymətləndirilən bu layihə üzrə tender bu ilin iyuluna planlaşdırılmışdı. Lakin şəffaflığın olmaması ilə bağlı tənqidlərdən sonra tender ilin sonuna keçirildi. Özü deyir ki, tender barədə guya mediadan eşidib. Bundan sonra tenderdə iştirak üçün Kremlə məktub yazıb. Yazan kimi də onu dəvət ediblər. «Fioravanti Kremli, Rastrelli Qış Sarayını tikib. Əlbəttə, mən italyan mədəni təsirini davam etdirmək istərdim», -- deyən Cirillo şirin-şirin xəyal edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG