Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:55

Erməni kilsəsində İkinci Nikolayın büstü qoyulub


İkinci Nikolay.
İkinci Nikolay.

-

Bu günlərdə Rusiya paytaxtındakı erməni kilsəsində yerləşən Moskva və millətin tarixi muzeyində rus imperiyasının sonuncu çarı İkinci Nikolayın büstünün təntənəli açılışı olub. Açılış mərasimi «erməni soyqırımı»nın 100-cü ildönümüylə bağlı elmi konfransın sonunda baş tutub.

Konfransda Ermənistanın Soyqırımı muzey-institutunun direktoru Hayk Demoyan və Ermənistan elmlər akademiyasının tarixçiləri də iştirak ediblər.

Ancaq erməni kilsəsində rus monarxının büstünün qoyulması heç də erməni alimlərinin hamısının ürəyincə olmayıb. Bəziləri bunu etirazla qarşılayıblar.

Tarix institutunun baş elmi işçisi Anait Xosdovyan büstün quraşdırılmasıyla bağlı deyib ki, bu konfransın yeganə mənfi cəhətiymiş . Onun fikrincə, monarxa büst qoyulması yersizdir: «Mən düşünmürəm ki, bu addımın bizə və ya bizim məsələmizə dəxili vardı. Mən şəxsən bunun əleyhinəydim. Düşünürəm ki, bir il əvvəl də eyni işi Gümrüdə, hərbi bazanın ərazisində görməyə hazırlaşırdılar, ancaq bir sıra alimlərin səyi nəticəsində bu niyyət baş tutmadı. Yenə də söhbət İkinci Nikolaya heykəl qoyulmasından gedirdi».

İnstitutun aparıcı elmi əməkdaşlarından olan Suren Sarsyan isə fikrini bir qədər fərqli ifadə edib. O, AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, İkinci Nikolayın ermənilərlə bağlı siyasəti əlverişli olmasa da, Rusiya amili türk imperiyasına erməniləri məhv etmək imkanı vermədi.

Konfransın iştirakçılarından şərh almaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG