Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:02

-

«ATƏT-nin Minsk qrupunun həmsədrləri oktyabrın 27-də təmas xətti üzərindən Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə keçərkən insidentlə üzləşiblər. Bu insident ATƏT-in monitorinq heyətini Azərbaycan silahlı qüvvələrinin mühafizəsinə sığınmağa vadar edib».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib. XİN qeyd edir ki. ATƏT heyətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsinə dair əvvəlcədən razılıq əldə olunsa da, işğal olunmuş ərazilərdən Azərbaycan silahlı qüvvələrinin mövqeləri istiqamətinə təkrar atəşlər açılıb.

APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyi ATƏT həmsədrlərinin sonradan yaydığı bəyanatdaatəşkəsi pozan tərəfin adının qeyd olunmamasından təəssüfünü bildirir.

Nazirliyin bəyanatında bildirilir ki, Azərbaycan bu insidentin münaqişənin həlli istiqamətində olan səylərin pozulmasına qarşı qəsdən törədilmiş cəhd olmasına dair həmsədrlərin qiymətləndirməsini bölüşür. Amma o da vurğulanır ki, atəşkəsi pozan tərəfin də adının çəkilməsi gözlənirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG