Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:16

- "Hər iki halda hökümət yoxsulu fərqli şəkillərdə əzib, əslində isə yoxsulun qeydinə qalırmış kimi görünəcək."

"Yaxşı vəziyyətdə yaşamaq üçün insanlara şərait yaratmalıyıq. Bu şərait onlarda mübarizə aparmaq üçün daha böyük arzular yaradacaq."

"İnsanların yaşayışını yaxşılaşdıran islahatlara elə bu gündən can atmalıyıq, ancaq bunu etirazların ortadan qalxması üçün yox, daha böyük etirazların önünü açmaq üçün etmək lazımdır."

Michael Albert

Nə etməli? Yuxarıdaki o kreslonun hökmünü ləğv etmək lazımdır!

(ixtisarla)

Yaxşı siyasətçi xalqa, yoxsullara, ədalətə və haqqa xidmət edən siyasətçidir. Çünki bu siyasətçi onu hakimiyyətə gətirən zəngin qrupları satır, xalqı tutur.

Məlumdur ki, yeni dünya möcüzəvi şəkildə hansısa yürüyüşdən, aksiyalarda şüarlar qışqırmaqdan, daş atmaqdan yaranmayacaq.

Nə istədiyini bilməyən, istədiyini tələb etməyən, istədiyini reallaşdıracaq aktiv proqramı olmayan hərəkət iqtidara bir növ təsdiq məktubu yazmaq deməkdir.

Məqsədləri uğrunda tərəddüd yaşayanlar iqtidara belə deyə bilməzlər: “Bizim arzularımızı və istəklərimizi, bizimlə eyni fikirdə olmasan da etməyə məcbursan, əgər etməsən səni devirəcəyik”.

Əksinə, onlar iqtidara belə deyirlər: “Bizi eşit, incimişik, necə bacarırsansa könlümüzü elə də al”.

Hamı, həmçinin küçələri dolduranlar bilir ki, yeni dünya üçün əzmli olmaq lazımdır. Sadəcə etiraz etmək və iqtidardan bu etiraza öz xoşuyla cavab verməyini gözləmək düzgün deyil.

Elə isə nə etməliyik? İnsanların yaşayışını yaxşılaşdıran islahatlara elə bu gündən can atmalıyıq, ancaq bunu etirazların ortadan qalxması üçün yox, daha böyük etirazların önünü açmaq üçün etmək lazımdır.

Əlbəttə, bütün bunlar göründüyü kimi asan deyil. Ancaq sızlamaqdansa mübarizə aparmaq lazımdır.

Bu məqsədlərə çatmaq üçün hər şeyi birlikdə etməliyik.

Yaxşı vəziyyətdə yaşamaq üçün insanlara şərait yaratmalıyıq. Bu şərait onlarda mübarizə aparmaq üçün daha böyük arzular yaradacaq.

Əlbəttə, bütün bunlar göründüyü kimi asan deyil. Ancaq sızlamaqdansa mübarizə aparmaq lazımdır. Daha yaxşı yaşamağa mane olan hər şeyin üstünə gedilməlidir.

Michael Albert

Michael Albert

Məsələn, Braziliyadaki ictimai nəqliyyatda gediş haqqının artmasına görə edilən etirazları xatılayaq. Bu artışlar ən çox kasıb insanlara təsir etmişdi.

Nə istəməlidirlər? Qısa desək, tarifi əvvəlki halına gətirib, sonra daha da aşağı salmaq əla olardı.

Bəs bundan yaxşı necə ola bilər? Daha yaxşısı o olardı ki, nəqliyyat pulsuz olsun, çünki insanların vəziyyəti pullu nəqliyyata uyğun deyil.

Ancaq hökümət avtobusları pulsuz edib, bunun əvəzinə başqa bir şeyin tarifini qaldırsa, nə olacaq? Bəlkə də hökümət yoxsulların üçün daha da uyğunsuz olacaq bir tarifə keçəcək. Məsələn, xalqı bu istəklərinə görə cəzalandırmaq üçün səfər sayını azaldacaq.

Hər iki halda hökümət yoxsulu fərqli şəkillərdə əzib, əslində isə yoxsulun qeydinə qalırmış kimi görünəcək. Ancaq bəlkə də avtomobil və hava yolları üçün vergini çoxaldıb, kasıblar üçün ictimai nəqliyyat qiymətini azalda bilər.

Qısası, hansısa tələb zamanı yoxsulun bir cibinə qoyulub digərindən alınmadığına, yoxsul yerinə varlılardan alınacağına diqqət etmək lazımdır.

Bütün bu tələbləri təhsil, vergilər, iş saatları kimi məsələlərə də aid edə bilərik.

Digər tərəfdən, təşkilatların hökümət, siyasətçilər və mediya haqqında nə edəcəklərinə baxaq. Bir seçim dəyişiklik tələb etməkdirsə, digəri də mövcud alternativləri yenidən inşa etmək ola bilər. Bunlar bir-birinə zidd deyil və bütün bunlar bir-birini dəstəkləyib cəsarətləndirməlidir.

Məsələn, nə kimi tələblər ola bilər? Fərqli vergilər, fərqli siyasət, seçkilər və yeni sosial haqlar tələb edilə bilər.

Yaxud məsələn, qəzetlərdə yeni səhifələr, telekanallarda xalqın istədiyi kimi verilişlər ola bilər. Həm də dövlət kanallarına alternativ özəl kanallar açılması tələb oluna bilər. Məqsəd insanların istəklərini gerçəkləşdirib hökümətlə aralarında olan uçurumu yox etməkdir.

Bu cür proqressiv qərarlar bir çox problemin həlli üçün köməkçi ola bilər. Məsələn, sülh və ədalət üçün, səhiyyə və təhsilə daha çox diqqət ayrımaq üçün, iş saatını və vergilərin azaldıllması, qadınlara və homoseksuallara şiddətin qarşısının alınması kimi problemlər.

Qısası, etirazçılardan fərqli olaraq, iqtidara və siyasətçilərə qarşı haqlı qəzəbimiz bizi yoxsullara köməyi dəyəcək dəyişikliklər tələb etməkdən geri çəkməməlidir.

Vəd edilən sözlərə aldanmaq lazım deyil. İnsanlar haqqını tələb etməlidirlər. Hamımız o kreslonun hökmünü ləğv etməliyik.

Günün bütün mövzuları

XS
SM
MD
LG