Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:45

Bu həftə Türkiyədən Yunanıstana keçmək istəyən azı 22 miqrant batıb.

BBC-nin məlumatına görə, onların əksəriyyəti uşaqlardır.

Yunanıstan rəsmiləri Kalimnos adası yaxınlığında 19 nəfərin öldüyünü, 138 nəfərin xilas edildiyini deyirlər.

3 nəfər isə Rodos adası yaxınlığında batıb. Bundan başqa 3 nmiqrantın itkin düşdüyü, 6 nəfərin xilas edildiyi bildirilir.

Yunanıstanın baş naziri Alexis Tsipras Avropanı bu “insan dramı” ilə mübarizə apara bilməməsini rüsvayçılıq adlandırıb.

Qeyd edək ki, bu il Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya kütləvi qaçqın axını başlanıb.

Onlar Yunanıstan və Balkan ölkələrindən Qərbi Avropaya keçmək istəyirlər.

Qaçqınların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG