Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:23

"Real"ın keçmiş futbolçusu Zinedine Zidane-nin böyük oğlu Enzo Zidane artıq əsas komanda ilə məşq edəcək.

Qol.az-ın məlumatına görə, bu barədə "Real"ın baş məşqçisi Rafael Benites qərar verib.

Məşqçi gənc futbolçunun nəyə qadir olduğunu yaxından görmək üçün onu əsas komandaya cəlb edib.

"Kastilya"da özünü yaxşı göstərən Enzonun əsas komandada yer alıb-almayacağı maraqla izlənilir.

Qeyd edək ki, "Real"ın əvəzedici komandası olan "Kastilya"nı Zinedine Zidane çalışdırır.

XS
SM
MD
LG