Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:59

Rusiyadan Norveçə keçmək istəyən Yaxın Şərq qaçqınlarının azaldığı müşahidə olunur.

Rəsmilərin sözlərinə görə, buna səbəb sərhədi keçmək üçün lazım olan velosipet qıtlığıdır.

Norveçdə sığınacaq almaq istəyən insanlar Rusiyadan bu ölkəyə keçmək üçün velosipetdən istifadə etməlidirlər.

Çünki piyadalara qadağa qoyulub, sənədsiz qaçqın daşıyan sürücülər isə cərimələnir.

Qeyd edək ki, bu qaçqınların əksəriyyəti Suriyadandır.

Rusiya rəsmilərinin sözlərinə görə, yerli mağazalarda velosiped qalmayıb və hazırda Nikel sərhəd şəhərində 500-ə yaxın qaçqın var.

Onlardan bir neçəsi sərhədi qanunsuz keçməyə cəhd göstərsə də saxlanaraq cərimə olunublar.

Təkcə bu il bu marşurutla Norveçə 1200-ə yaxın qaçqın keçib.

Arktika marşurutu Aralıq Dənizi ilə müqaisədə Avropaya keçmıək üçün çox uzun yoldur, amma təhlükəsizdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG