Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22

Vyanada Suriya münaqişəsi müzakirə olunur.

Danışıqlarda ilk dəfədir ki. Bashar Assadın müttəfiqi İran da iştirak edir.

Oktyabrın 29-da Vyanada İranın xarici işlər naziri Javad Zarifin ABŞ Dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrovla ayrıca görüş olub.

Kerry bundan sonra Sergei Lavrov, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə görüşüb.

Moskva ilə Tehran təkid edir ki, Suriya prezidenti Bashar Assad istənilən keçid hökumətinin tərkibi olmalıdır.

ABŞ, qərb və ərəb ölkələri isə hesab edirlər ki, Bashar Assad getməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü Tom Şennon (Tom Shannon) bildirib ki, Kerry bilmək istəyir ki, Rusiya ilə İran beynəlxalq aləmlə əməkdaşlığa hansı dərəcədə hazırdılar.

Vaşinqton hesab edir ki, Moskva ilə Tehran Assada başa salmalıdırlar ki, siyasi keçiddə o getməlidir.

Danışıqlarda ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya,İtaliya,İran, İraq,Misir,Livan, Qətər, Səudiyyə Ərəbistanı və İordaniyanın nümayəndələri iştirak edir.

Sammitə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini vəBMT-nin Suriya üzrə elçisi Staffan de Mistura da qoşulub.

Amma Suriyanın əsas siyasi müxalifət bloku sammitdə təmsil olunmur.

Suriya müxalifəti İranın bu sammitdə iştirakına qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG