Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:44

Ədəbiyyatı tənəzzül edən xalq çürüyür


Ezra Pound
Ezra Pound

- Amerikalı şair və ədəbiyyat tənqidçisi Ezra Poundun 130 illiyi qeyd olunur. O, 1885-ci ilin 30 oktyabrında ABŞ-da doğulub, 1972-ci ildə İtaliyada vəfat edib.

Ezra Pound aforizmləri

Belə düşünmə, incəsənət geriləyəndə yalnız incəsənətin gerilədiyini düşünmə.

Müharibənin pis tərəfi odur ki, o, bizə əsl ölməli adamları öldürmək imkanı vermir.

Qul o adamdır ki, kiminsə gəlib onu azad edəcəyini gözləyir.

Məbəd ona görə müqəddəsdir ki, satış üçün deyil.

Ədəbiyyat həmişə təzə xəbərdir.

Bir kitabın məzmununun yarısını, ən azı bir hissəsini yaşamadan heç kəs onu dərindən anlamaz.

Ezra Poundun Venesiyada məzarı
Ezra Poundun Venesiyada məzarı

Böyük incəsənət böyük şəhərlərdə doğulur.

Dahi – başqalarının bir gördüyü yerdə on görən adamdır.

Ədəbiyyatı tənəzzül edən xalq çürüyür.

İnsan oxuyanda əlinə açar gəlir.

Öz mövqeyi uğrunda riskə getməyən adamın ya mövqeyi pisdir, ya özü.

Sənətkara kömək etmək istəyirsizsə, ona pul verin ki, asudə vaxtı olsun. Sənətkara asudə vaxt vermək onun yaradıcılığında iştirak etməkdir.

Qoy nəzəriyyəçilər və yalançı mətbuat - bu ikisi səni kor etməsin.

Pul qazanmaq, satılmaq üçün yazılmış mətn deyil, yalnız bazar əleyhinə yazılmış mətn dəyərlidir.

Sənətkar üçün evlənmək qeyri-qanuni elan edilməlidir. Əgər evlənirsə, qoy elə bir adamla evlənsin ki, o adam sənəti sevsin, onun özünü yox.

XS
SM
MD
LG