Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:42

YUĞ Dövlət Teatrında «Şok» yaşanacaq...


«Şok» tamaşası
«Şok» tamaşası

-

Oktyabrın 30-da saat 18.00-də YUĞ Dövlət Teatrında «Şok» tamaşasına ictimai baxış keçiriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tamaşanın ictimai baxışına teatrşünaslar, teatr mütəxəssisləri və media nümayəndələri dəvət olunub.

Türkiyəli dramaturq Turgay Nar-ın «Zibillik» pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Musiqi üzrə dizayn Amid Qasımov və Mələk Vəlizadəyə, səhnə dizaynı isə əməkdar incəsənət xadimi Rəşid Şerifə məxsusdur.Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli uyğunlaşdırıb.

Janrı «eqosentrik transaksiya» kimi təyin olunan tamaşada Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova iştirak edir.

26 illik fəaliyyəti ərzində YUĞ Teatrı ilk dəfədir ki, türk yazarı Turgay Nar-ın yaradıcılığına müraciət edir.

YUĞ Dövlət Teatrının banisi, ustad rejissor Vaqif İbrahimoğlunu dramaturgiyada ilk müəllimi hesab edən Turgay Nar çağdaş dramaturji metoda uyğun, yeni formalı pyeslərin müəllifidir.

Turgay Nar V.İbrahimoğlu ilə ünsiyyətdən sonra özündə cəsarət və güc taparaq ilk pyesini yazıb və teatra təqdim edib. «Kitabi-Dədə Qorqud» dastanının motivləri əsasında hazırlanan «Təpəgöz» pyesi müsabiqədə mükafata layiq görülüb, Türkiyə teatrında böyük uğur qazanıb. Daha sonra yazdığı pyeslər Türkiyənin müxtəlif teatrlarında dəfələrlə tamaşaya qoyulub və müəllifə böyük şöhrət gətirib.

Teatr «Zibillik» pyesi əsasında hazırlanmış «Şok» tamaşasını Azərbaycan teatrı ilə Türkiyə dramaturgiyasının yaradıcı işbirliyində növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirir.

«Şok»müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, nəfəs dərmək, düşünə bilmək və ən başlıcası, dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.

Teatrın mətbuat xidməti vurğulayır ki, «Şok» tamaşası YUĞ Dövlət Teatrının sayca 94-cü tamaşasıdır.

Tamaşa 75 dəqiqə sürür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG