Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:25

«Azərinşaat»çılar oturaq aksiyanı davam etdirirlər


-

Bir neçə aydır ödənilməyən əmək haqlarını tələb edən «Azərinşaat»ın işçiləri oturaq aksiyanı davam etdirirlər. Onlardan 30 nəfəri gecəni şirkətdə keçirib.

Bu haqda AzadlıqRadiosuna işçilərdən biri Rüstəm Musayev məlumat verib.

«Axşam saat 10-a kimi burda 50-60 nəfər idik. Ancaq sonradan yaxında evləri olanları yola saldıq ki, yer dardır, rayondan gələnlər burda rahat gecələsinlər. Ancaq səhər saatlarından işçilər yenidən toplaşırlar. Aksiyamız bu gün də davam edəcək».

Onun dediyinə görə, gecə hər hansı insident baş verməyib. Ancaq səhər saatlarında şirkət yaxınlığına xeyli sayda polis gətirilib. Bundan başqa, Binəqədi rayon İcra Hakimiyyəti nümayəndələrinin də aksiyaçılarla görüşəcəyi gözlənir.

«NOYABRIN 3-DƏK BURDAYIQ».

««Azəryolservis» ASC-nin rəhbəri Saleh Məmmədov işçilərə xəbər göndərib ki, noyabrın 3-də hamının maaşını verəcək. Ancaq biz ona inanmırıq. Qoy gəlsin burda söz versin. Ancaq söz versə də, dağılışmayacağıq», - söyləyir aksiya iştirakçısı.

Rüstəm Musayev deyir ki, Saleh Məmmədov pullarını qaytarana kimi oturaq aksiya davam edəcək: «Heç yerə tərpənməyəcəyik. Seçkilərə görə bizi sakitləşdirmək istəyirlər. Ancaq biz noyabrın 3-dək burdayıq».

Rəhbəri bir müddətdir həbsdə yatan və iflas olduğu bildirilən «Azərinşaat» «Azəryolservis»in sifarişlərini yerinə yetirib. Buna görə də aksiya iştirakçıları məvaciblərini sifarişçinin ödəməsini tələb edirlər. Ötən həftə keçirilən aksiyada «Azəryolservis» bildirmişdi ki, bu məsələnin onlara dəxili yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG