Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:49

-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

report.az xəbər verir ki, ispan deputat Jordi Xuclà-nın rəhbərlik etdiyi nümayəndə heyətinə 30 müşahidəçi daxildir.

Müşahidəçilər Bakıda siyasi partiyalar, KİV və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək, onların seçki kampaniyası ilə bağlı fikirlərini öyrənəcəklər. Seçki günü - noyabrın 1-də isə nümayəndə heyəti ölkənin müxtəlif regionlarında səsvermənin gedişatını izləyəcək.

Səfər AŞPA nümayəndə heyətinin müşahidə missiyasının ilkin qiymətləndirməsini təqdim edəcəyi mətbuat konfransı ilə sona çatacaq. Bu tədbir isə noyabrın 2-də baş tutacaq.

Azərbaycanda parlament seçkilərinin müşahidəsi üzrə yekun hesabat AŞPA-nın Daimi Komitəsinin noyabrın 27-də Sofiyada keçiriləcək iclasında müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG