Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:02

«Google» podkastları işə salır


Google Play Music
Google Play Music

-

Müasir həyatın yüksək dinamizmi çox vaxt sevimli radioverilişləri vaxtında dinləməyə imkan vermir. Podkastinq də elə bu yerdə köməyə gəlir. O, qaçırdığınız sevimli radioverilişi sizə münasib vaxtda dinləməyə kömək edir.

Yaxın vaxtlarda «Google» Android istifadəçilərinə podkast xidmətini göstərməyə başlayacaq.

Bu xidmətlə istifadəçilər sevdikləri yayımları yükləyib istədikləri vaxt dinləmək imkanı qazacaqlar.

«Google Play Music» xidmətləri arasında istifadəyə veriləcək servis bir neçə aya aktivləşəcək.

Xidmət indi podkast yayımçıları üçün çatımlıdır. İndidən layihələrini, verilişlərini, şoularını yükləyə bilərlər. Beləcə xidmət tam istifadəyə verilməzdən öncə böyük bir arxiv yaradılacaq ki, istifadəçilər arzuladıqları yayımları tapa bilsinlər.

Qeyd edək ki, «Apple» şirkəti uzun müddətdir podkast xidməti təklif edir. «Google Play Music» də bu xidmətlə şirkətə rəqib olmağa hazırlaşır.

XS
SM
MD
LG