Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:49

Bu qış bulvarda buz meydançası olmayacaq


Bulvarda buz meydançası - 2011
Bulvarda buz meydançası - 2011

-

Bakı bulvarındakı buz meydançası paytaxtın iqliminə uyğun olmadığına görə ləğv edilib.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə belə deyib. Onun sözlərinə görə, bulvarda bir neçə il əvvəl quraşdırılan açıq buz meydançası özünü doğrultmayıb.

N.Məcidov bildirib ki, meydança açıq tipli idi və onun fəaliyyəti üçün havanın temperaturu müsbət 10 dərəcədən yuxarı olmamalı idi: «Bakıda isə müsbət 10-dan aşağı temperatur 3-5, ən uzağı 10 gün ərzində olur. Ona görə də ərazinin böyük bir hissəsində həmin meydançanı quraşdırmaq həm iqtisadi cəhətdən səmərə vermirdi, həm də havalar isti keçdiyindən və meydançanın üstü açıq olduğundan buz əriyirdi. Bakı iqliminə münasib olmadığı üçün həmin meydança artıq yığışdırılıb».

BULVARDA AĞACLARA ŞÜŞƏDƏN EV TİKİLİR

N.Məcidov bildirib ki, qapalı buz meydançasının quraşdırılması isə hələ nəzərdə tutulmayıb: «Hərçənd, şəhər sakinləri bunu istəyirlər, amma yaxın zamanlarda bulvar ərazisində belə bir meydançanın yaradılması nəzərdə tutulmayıb. Ona görə də sakinlər bu qış buz meydançası gözləməsinlər».

O əlavə edib ki, artıq havalar soyumağa başladığından soyuğa davamsız ağacların üstünün örtülməsinə başlanıb: «Elə ağaclar var ki, onların üstünü örtmək üçün şüşəli ev tikilir. Həmin ağacları qışda da görə biləcəyik, amma şüşə arxasından».

N.Məcidov deyib ki, I Avropa Oyunları ilə əlaqədar bulvarda insanların ən çox istifadə etdiyi 8 növ telefonun batareyalarını enerji ilə pulsuz doldurmaq məqsədilə quraşdırılan iki qurğu artıq ərazidən götürülüb: «Soyuq havalarda şəhər əhalisi bulvara az gəlir. Tələbat olmadığından həmin qurğular götürülüb. Amma yay mövsümündə onlar yenidən quraşdırıla bilər».

XS
SM
MD
LG