Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

-

Birləşmiş Ştatlar İraqda azı 23 iranlı dissidentin və hərbçilərin ölümünə gətirmiş raket hücumunu pisləyib. Hadisə oktyabrın 29-da Bağdadda baş verib. ABŞ İraqı hadisəyə görə məsuliyyət daşıyanları tapmağa çağırıb.

İraq polisinin məlumatına görə, keçmiş ABŞ bazası olmuş Camp Liberty-yə 15 raket atılıb. Bu baza Bağdad Beynəlxalq Aeroportunun yaxınlığında yerləşir. Həmin ərazidə İranın Mujahedeen-e-Khalq müxalifət qrupu mənzillənib.

Hücumda 3 iraqlı əsgər də həlak olub.

Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Mujahedeen-e-Khalq İran dini liderlərinin hakimiyyətdən getməsini istəyir.

ABŞ Dövlət katibi John Kerry də hücumu pisləyib, düşərgə ətrafında təhlükəsizliyi artırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG