Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:29

Toğrul Əsgərov qitənin ən yaxşı kişi atletidir


Toğrul Əsgərov alman Tim Schleicher-ə qarşı.

Toğrul Əsgərov alman Tim Schleicher-ə qarşı.

-

2012-ci il London Yay Olimpiya oyunlarının qalibi, Azərbaycanın sərbəst güləşçisi Toğrul Əsgərov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb. O, Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq görülüb.

Bu haqda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Trend”-ə verilən məlumatda deyilir.

Oktyabrın 26-dan başlayan Assambleyada Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.

Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 Olimpiya Komitələrini birləşdirir. Hər il adı çəkilən təşkilatın Baş Assambleyasında Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG