Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:32

Masallıda təndirxana yandı


-

Oktyabrın 30-da gecə saatlarında Masallı rayonu, Kalinovka kəndində vətəndaşa məxsus təndirxana yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğına səbəb təndirxananın içərisinə yığılmış odun parçaları olub. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə edilib.

Ağstafa rayonu, Qaçaq Kərəm kəndindəsə vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində yanğın baş verib. Bu zaman 1 otağın yanar konstruksiyaları və əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG