Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

-

Oktyabrın 30-da parlament seçkiləri ilə bağlı təbliğat təşviqat kampaniyasının sonuncu günüdür. Təbliğat kampaniyası seçkilərə bir gün qalmış - oktyabrın 31-də səhər saat 8-də dayandırılacaq.

Kampaniya seçkilərə 23 gün qalmış – oktyabrın 9-da başlayıb.

Bu dəfə təbliğat kampaniyası dövründə namizədlər pulsuz efir vaxtından yararlana bilmədilər. Seçki Məcəlləsinə görə, ödənişsiz efir vaxtı seçki dairələrinin 60-dan çoxunda namizədi qeydə alınmış siyasi partiyalara ayrılmalıdır. Təkcə hakim Yeni Azərbaycan Partiyası bu şansı qazana bilib. Amma o da pulsuz efirdən imtina edib.

Namizədlər pul ödəməklə efirdə təşviqat apara bilərlər – dəqiqəsi 1416 manata. Ancaq bir çox partiya və namizədlər bu qiymətin baha olduğunu bildiriblər.

Bu dəfə 125 deputat yeri uğrunda 1270 qeydə alınmış namizəd təbliğata başlasa da, kampaniyanın ortasında onlardan təxminən 500 nəfəri namizədliyini geri götürüb. Seçkilərə 3-4 gün qalmış NİDA və Müsavat da seçkilərdə iştirakdan imtina edib.

Mərkəzi Seçki Komissiyası oktyabrın 29-da verdiyi bəyanatda Müsavatın bu addımını seçkilərə “şüurlu olaraq əngəllər yaratmaq” kimi qiymətləndirib. Bəyanatda deyilir ki, qanuna əsasən səsvermə gününə ən geci 10 gün qalanadək qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

Oktyabrın 31-də sükut günü başlayacaq. Bazar günü- noyabrın 1-də isə parlament seçkiləridir.

Parlament seçkilərini izləmək üçün 66 min müşahidəçi qeydiyyatdan keçib. MSK sədri Məzahir Pənahovun sözlərinə görə, onlardan 63 mindən çoxu yerli müşahidəçidir. Beynəlxalq müşahidəçilərin sayına gəldikdə, 501 xarici müşahidəçi qeydiyyata alınıb.

XS
SM
MD
LG