Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:01

BMT-dən Şimali Koreya çağırışı


Rusiyada Şimali Koreyadan olan fəhlələr

Rusiyada Şimali Koreyadan olan fəhlələr

-

BMT eksperti Rusiya, Çin və digər ölkələri çağırır ki, insan haqları pozuntularını araşdırmaq üçün ona şərait yaratsınlar. Bu ölkələrin Şimali Koreyadan fəhlə qüvvəsi cəlb etdiyi bildirilir.

BMT-nin Şimali Koreyada insan haqları üzrə xüsusi məruzəçisi Marzuki Darusman deyib ki, şimali koreyalıların çoxu Rusiya və Çinə məcburi dövlət proqramı çərçivəsində göndərilir. Ancaq bu fəhlələr bir sıra Afrika ölkələri, eləcə də Polşa, Qətər, Birləşmiş Ərəb Əmirliklərində rast gəlinir.

Ekspert həmin ölkələri insan haqları pozuntularının yoxlanması üçün ona imkan verməyə çağırıb.

Çin və Rusiyanın BMT-dəki missiyalarının rəsmilərindən bu çağırışa münasibət almaq hələlik mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG