Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:56

Əfqanıstandan Avropaya 7 minlik səyahət


Arxiv fotosu: Almaniyaya keçməyə çalışan əfqan ailə Serbiyada dəmir yolu vağzalında. 24 avqust 2015
Arxiv fotosu: Almaniyaya keçməyə çalışan əfqan ailə Serbiyada dəmir yolu vağzalında. 24 avqust 2015

Suriyadan sonra Avropaya ən çox axın edənlər əfqanlardır; Əfqanıstanda insan taciri BBC-yə alverinin gedişindən danışıb.

Əfqanıstandakı durumdan kimin qazancla çıxdığı bəlli deyil. Hökumətə güclü təzyiq var. Yetərincə maaş almayan, ancaq üstünə çox yük götürmüş əfqan hərbçiləri NATO-nun dəstəyi olmadan küncə sıxılmış kimi görünür.

Onlar son vaxtlar xüsusilə ölkənin cənubdakı Helmand əyalətində talibançılarılar tez-tez üz-üzə gəlməli olur. Ancaq Talibanın şimaldakı Kunduz şəhərini ələ keçirməsi son günlər daha çox uyadda qaldı.

Əfqanlar isə baş verənləri böyük qayğı içində izləyir. Suriyadan sonra Avropaya ən çox axın edənlər də elə əfqanlardır. Bu ölkədə insanlar yolayrıcında düşünürlər: Əfqanıstanda qalıb yaşasınlar, yoxsa, ölüm təhlükəsini gözə alıb Qərbin yolunu tutsunlar?

Buna da bax: Fəhlələr maaş tələbilə etiraz aksiyası keçirir

İnsan ticarəti bumu
Belə bir vəziyyətdə Əfqanıstanda pul qazanan bir zümrə varsa, o da insan alverçiləridir. BBC müxbiri onlardan biri ilə söhbət edə bilib.

Şərti adı Abdul olan həmin şəxs deyir ki, Əfqanıstandan İran, Türkiyə və nəhayət Avropaya getmək 5-7 min dollara başa gəlir. Abdul hər adamın xərcindən 10 faiz qazanır. Pulun qalan hissəsi şəbəkədəki digər şəxslərə və səfərin özünə xərclənir. Əfqanıstandan çıxan şəxs pulun müəyyən bir hissəsini ödəyir. Mənzil başına çatandan sonra Əfqanıstandakı yaxınları pulun qalan hissəsini alverçilərə verir.

Abdul deyir ki, Avropa yoluna çıxan şəxs bütün təhlükələri göz önünə almalıdır:

“Ən təhlükəli hissə Türkiyə ilə Yunanıstanın arasıdır. Polis güllə ilə vura bilər, ya da rezin qayıq dənizdə batar. Sağ-salamat mənzil başına çatmaq Allahdan asılıdır, bizdən yox”.

Əfqanıstanın müxtəlif yerlərindən Abdulu axtarıb tapanlar çoxdur. Abdul deyir ki, sağlam olmayan, çox yaşlı, kiçik uşaqları olanlara və hamilə qadınlara Avropa yolunu göstərmir:

“Üç oğlumu qaçırtmışam. Onlar üçün çox darıxıram. Anaların, ataların ağladığını görəndə çox kədərlənirəm. Bu işi elə də çox sevmirəm. Bəzən özümü günahkar sayıram”.

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

“Ölsəm, daha yaxşıdır”

Kabilin soyuq günlərinin birində pasport idarəsi qarşısında gözləyən Abdul kimilərinin işlərinin özəlliklərini anlamaq çətin deyil. Sübh tezdən növbə başlayır. Adamlar sənədləri doldurur. Hamı getməyə tələsir, onların böyük bir qismi geri qayıtmaq istəmir.

20 yaşlı Arif Muhammedi qəzəblidir:

“Burda nə iş var, nə təhlükəsizlik. Rüşvət də çoxdur. Atam 2007-ci ildə partlayışda öldü. Anamı və qardaşımı talibançılar öldürdü. Bilirəm ki, yola çıxmaq təhlükəliir. Ancaq Əfqanıstanda qalmaqdansa, yolda ölmək daha yaxşıdır”.

Buna da bax: Prezidentlər nə etsinlər? (Forumda sən də fikrini de)

“Əfqanıstanın sizə ehtiyacı var”

Ancaq çarəsizliyə rəğmən bu ölkədə hələ ümidini itirməyənlər də var. Bir qrup gənc “Əfqanıstanın sənə ehtiyacı var” adlı kampaniyaya başlayıb.

23 yaşlı Shekib Muhsinyar deyir ki, ağıllı adamların getməsinin qarşısını almaq istəyirlər.

26 yaşlı Sharam Gulzadın sözlərincə, əfqanların çoxu fikirləşir ki, xaricə getsələr, həyatları 180 dərəcə dəyişəcək. Ancaq çox vaxt gözlənənlərin əksi olur:

“Mən Almaniyada olanda orda əfqanların dilənçilik etdiklərini gördüm. Adamlar fikirləşir ki, Avropaya getdinsə hər şey həmin an düzələcək. Ancaq çox vaxt elə olmur”.

Hər iki gənc ölkədə rüşvətxorluğu, işsizliyi, təhlükəsizliyi əsas problem kimi qəbul edir. Sharam Gulzad deyir ki, səhər evdən çıxanda axşam qayıdıb-qayıtmayacaqlarını bilmirlər:

“Ancaq bu riskləri qəbul edirik. Bizim potensialımız çoxdur. Bu, Əfqanıstanın sonu demək deyil. Məsuliyyəti üstümüzə götürüb iş görsək, bu ölkəni dəyişdirə bilərik”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG