Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:01

Moldova parlamenti baş nazir Valeriu Streletin rəhbərlik etdiyi hökumətin istefaya göndərilməsinə səs verib.

101 deputatdan 65-i oktyabrın 29-da hökumətə etimadsızlıq göstərib.

Qeyd edək ki, müxalifət partiyaları hökuməti korrupsiyada ittiham edir.

Hakim koalisiyanın Demokrat partiyasından olan lideri Marian Lupu bundan əvvəl baş naziri istefa verməyə çağırmışdı.

Amma qeyd edib ki, yeni koalisiya yaratmaq üçün rusiyapərəst sosialistlər və kommunistlərlə sövdələşməyə girməyəcək.

Əksinə bunun əvəzində ölkənin qərb yönümlü siyasətini davam etdirmək üçün indiki alyansı saxlamağa çalışacaq.

Sosialist partiyası baş nazirin istefası tələbi ilə parlamentin qarşısında mitinq keçirib. Aksiyaçılar “quldurlar rədd olsun” , “oliqarxlar rədd olsun” kimi şüarlar səsləndiriblər.

Keçmiş baş nazir Vlad Filat isə oktyabrın 15-də həbs olunub.

O 260 milyon dollar rüşvət almaqda ittiham olunur.

Onun 2009-2013-cü illərdə baş nazir olduğu dövrdə 3 bankdan 1,5 milyard dollar oğurlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG