Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Sumqayıt Apellyasiya məhkəməsi oktyabrın 29-da Günel Mövludun qardaşı Raci İmanovun şikayətini təmin etməyib.

Şikayət Sumqayır şəhər məhkəməsinin onun barəsində çıxardığı 3 aylıq həbs-qətimkan tədbirindən idi.

Müdafiə tərəfi qərarın ləğvini istəsə də Apellyasiya məhkəməsu onu qüvvədə saxlayıb.

Vəkil Fariz Namazlı AzadlıqRadiosuna növbəti həftələrdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verəcəklərini deyib.

Qeyd edək ki, Meydan TV-nin əməkdaşı və yazar Günel Mövludun qardaşlarıRaci və Vəkil İmanovlar oktyabrın 13-də saxlanıb və bundan sonra barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onlar qanunsuz narkotik maaddə saxlamaqda ittiham olunurlar. Müdafiə tərəfi ittihamı rədd edir.

XS
SM
MD
LG