Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

- Xorvat mənşəli amerikalı jurnalist, dünyanın müxtəlif ölkələrindən yazdığı silsilə məqalələrə görə iki dəfə Pulitzer mükafatı almış yazıçı-səyyah Paul Salopek "Şərqə doğru" səfəri çərçivəsində Qafqazdadır.

Oktyabr ayında Gürcüstanı keçib. Onun "Out of Eden Walk" layihəsində növbəti dayanacaq Bakı, sonra Qazaxıstan olacaq. O, hər 160 kilometrdə bir dəfə dayanaraq, səfər qeydlərini yazır.

Gürcüstanda erməni, gürcü, azərbaycanlı kəndlərinin mozaik mənzərəsi haqda son yazısı belə tamamlanır:

"Dumanlı, palçıqlı yollarla. Dumanda limon kimi saralan ağacların əmələ gətirdiyi tunellərlə. Afrika yolları kimi narıncıya çalan palçıqlı sularla...

Bir səhər çiynindən bayraq asmış piyada gördük. O, kəndbəkənd dolaşır, şiələrin Məhərrəmlik müqəddəs ayı münasibətilə yemək və pul yığır. Dərvişlərə oxşayır.

Dimaya deyirəm ki, gəl onun dalınca düşək. Addımlarımı sürətləndirirəm. Qeyd dəftərçəmi, qələmimi çıxarıram, onun haqqında daha çox şey bilmək istəyirəm.

Qəfil özümü saxlayıram. Qoy getsin: dumanlı ərazidə ruha bənər sirli silueti görünür. Yolumuza davam edirik. Belə daha yaxşıdır.

Necə ki, şair öz şagirdinə demişdi: “Bizim borcumuz anlamadığımızı sevməkdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG