Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:54

-

«Facebook»da istifadəçilərə dostluq siyahılarında olmayan şəxslər mesaj yazdıqda,çox vaxt «gələnlər» (Inbox) bölməsinə deyil, «digər mesajlar» (Other) bölməsinə düşürdü. Beləcə istifadəçilər tanımadıqları şəxslərdən gələn mesajlar üçün bildiriş almırdılar, həmin mesajları istədikləri vaxt «Other» bölməsindən oxuyurdular.

Ancaq «Facebook» artıq bu bölməni ləğv edərək, «mesaj təklifləri» (Message Requests) bölməsi yaratdı.

Bundan sonra dostluq siyahısında olmayan şəxslər mesaj yazmaq üçün də təklif göndərməlidirlər. İstifadəçi istəyi qəbul edirsə, mesaj onun «Inbox» qutusuna düşəcək, rədd edirsə, gizlədiləcək.

Beləcə istifadəçilər istəmədikləri halda tanımadıqları, dostluq siyahılarında olmayan şəxslərdən mesaj almayacaqlar.

Şərhləri göstər

XS
SM
MD
LG