Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:24

-

Oktyabrın 29-da Sumqayıtda nəşr edilən «Yüksəliş naminə» qəzetinin baş redaktor müavini Elçin Həsənov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

İdarədən jurnalistə zəng edib ifadə vermək üçün gəlməsini istəyiblər. Ancaq dəvətin səbəbini deməyiblər.

Bu haqda hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib.

Elçin Həsənov bu ilin aprelində AŞPA sessiyasında iştirak etmək üçün Strasburqa gedərkən sərhəd-keçid məntəqəsində saxlanılıb. Bu haqda DİN-ə edilən şikayətdən sonra bildirilib ki, E.Həsənovun barəsində Nizami rayon Polis İdarəsində CM-nin 221.1 maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb və istintaq aparılır.

Cinayət işinin hansı səbəbdən və kimin şikayəti əsasında açılması barədə məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG