Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:54

Ən ucuz mənzil Xırdalandadır


Yeni tikili.
Yeni tikili.

-

Keçən ay Bakıda ilkin yaşayış mənzil bazarında satılan tam təmirsiz (pod mayak) mənzillərin orta qiyməti 3.09% azalıb. Kvadratmetri 1037 dollardan 1005 dollara düşüb.

«MBA Consulting Group» şirkətinin aylıq hesabatında belə deyilir.

Hesabatda deyilir ki, ilkin yaşayış mənzil bazarında satışa çıxarılan mənzillərin çoxu bir kvadratmetri 1000 dollaradək ucuz mənzillər olub. Bir kvadratmetri 1000-1500 dollara satılan mənzillər isə 28% təşkil edib.

Ən bahalı mənzil 5-otaqlı təmirsiz ev olub. Cavanşir (keçmiş Qaqarin) körpüsü yaxınlığında yerləşən, 264 kv.m sahəsi olan tam təmirsiz mənzil kvadratı 3200 dollardan təklif olunub. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində (104 kv.m olan 2-otaqlı yeni tikili mənzil, kvadratmetri 400 dollar) olub.

XS
SM
MD
LG